- This event has passed.
Rəqəmsal marketinq mövzusunda dörd günlük təlim seminar keçiriləcək
Aprel 4, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4
Rəqəmsallaşma, 17-18 aprel və 22-23 may tarixlərində Bakı şəhərində Rəqəmsal marketinq mövzusunda dörd günlük təlim seminar keçiriləcək. Seminar marketinq anlayışından onlayn bazarda uğurla rəqabətə qədər, marketinqin nə olduğunu və müştərilərə onlayn olaraq necə çatmağın yollarını əhatə edəcək.
Kurs, marketinqin nə olduğunu və praktikada necə işlədiyini, onlayn biliklərin necə alındığını, eləcə də bu bilikləri öz rəqəmsal sahənizdə veb-saytlar, sosial şəbəkələr və elektron poçt vasitəsilə necə tətbiq etməyi öyrədir. Əgər siz qadın sahibkarsınızsa və biznesinizi inkişaf etdirib yeni imkanların artırılması niyyətindəsinizsə, bizim seminar tam sizin üçündür. Bu təlim kursu biznesinizin xidmətlərini və ya məhsullarını onlayn mühitdə uğurla satmağa kömək edəcəkdir. Dörd günlük seminar zamanı siz aşağıdakıları öyrənəcəksiniz:
∙ Hər hansı bir onlayn marketinq fəaliyyətinə əsas kimi marketinq anlayışı
∙ Marketinqin müxtəlif aspektləri və biznesinizin hansı aspektləri veb iştirakınızın faydalana bilər?
∙ Onlayn marketinq konsepsiyası, onun müxtəlif aspektləri və mövcud onlayn marketinq alətləri
∙ Sosial media nədir və sizin biznesiniz üçün faydası nə ola bilər
∙ Müxtəlif biznes növləri üçün ən uyğun sosial media həlləri
∙ Müxtəlif veb-sayt texnologiyalarının variantları, üstünlükləri və çatışmazlıqları
∙ Veb saytınızı necə tanıtmaq olar?
∙ Biznesiniz üçün onlayn marketinq planı və / və ya onlayn marketinq strategiyasını hazırlayın
Kurs, qadın sahibkarlar üçün nəzərdə tutulmuşdur. Kurs hər biri 2 gündən ibarət olan iki təlim sessiyasına bölünmüşdür. Bu sizin ilk sessiyada öyrəndiklərinizi sınamaq və ikinci sessiyaya artıq bir nəticə ilə gəlməniz, həmçinin uzun müddət biznesinizdən uzaqlaşmamanız üçün düşünülüb. Birinci seans ümumi marketin və onun əhəmiyyəti, eləcə də, rəqamsallaşmanı əhatə edirsə, ikinci tamamlayıcı sessiya sosial şəbəkə marketinqi və veb-sayt marketinqi kimi praktiki rəqəmsal marketinqin üsulları üzərində fokuslanacaq.
Kurs, rəqəmsal marketinq sahəsində geniş miqyaslı ekspert biliklərinə və ən yaxşı beynəlxalq təcrübələrə əsaslanır. Kurs, interaktivdir və praktiki məşqlər və real həyat nümunələrini özündə əks etdirir. Təlimçilər, rəqəmsal marketinqin faydasını görmüş təcrübəli marketinq ekspertlərdir.
Təlim, müvəffəqiyyətlə bir şirkətə rəhbərlik etmək, şirkətin böyüməsi üçün lazım olanları bilən və praktiki təcrübələrinə görə seçilmiş İlkin Qarayev və Süleyman Əliyev tərəfindən Azərbaycan və Rus dillərində keçiriləcəkdir. Təlim kursunda iştirak haqqı 210 manat təşkil edir.
Əlavə sorğular və qeydiyyatdan keçmək üçün mustafan@ebrd.com ünvanına e-mail göndərin və ya 0503765814 nömrəsinə zəng vurun.