skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Rəqəmsal transformasiya” mövzusunda təlim keçiriləcək

Dekabr 9, 2019 / 4:00 axşam - 6:00 axşam UTC+4

Dəyərli ASK üzvləri!

Üzvlərimizə göstərilən xidmətlərinin effektivliyini artırmaq məqsədi ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi və FranclinCovey şirkətinin Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə ASK üzvləri üçün 09.12.2019 tarixində “Rəqəmsal transformasiya” mövzusunda təlim planlaşdırılır.

Kursun keçirilmə tarixi:          09.12.2019

Başlama saatı:                      16:00 – 18:00

Təlimin keçirildiyi ünvan:       Bakı ş, Nizami küç., 90A, Landmark III

Son qeydiyyat tarixi:              06.12.2019 saat 16:00-a qədər

Təlimçi:                                  Selda Bağlan / Mehmet Çelikol 

Təlimin dili:                            Türk / ingilis dili

Stephen R. Covey’in FranklinQuest adlı şirkəti ilə Hyrum Smithin Covey Liderlik Mərkəzinin birləşməsi nəticəsində 1997-ci ildə qurulan FranklinCovey, bu gün dünya üzrə iki mindən çox işçisi ilə 20 ildən çox müddətdir Azərbaycan və Türkiyənin də daxil olduğu 160 ölkədə fəaliyyətlərinə davam edir. Azərbaycan bazarında liderlik inkişafı, məhsuldarlıq, özünəgüvən, satış performansı, müştəri sədaqəti,  innovasiya mövzularında təhsil, konsaltinq xidmətləri təklif edir. Təlim, dünya şöhrətli tədqiqat şirkətlərin real nəticələrinə dayanaraq, həm dünya həm də sektoral tendensiyaları əhatə edən 2 moduldan ibarət olacaq.

Təlim sadəcə ASK üzvləri üçün təşkil olunur və ödənişsizdir. Aidiyyəti şöbənin məsul əməkdaşlarının məlumatlılığını artırmaq məqsədi ilə təlimdə iştirak etməyə Sizi dəvət edirik. İştirak edəcəyiniz təqdirdə https://sahibkar.typeform.com/to/lQGDpI linkə daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Baş mütəxəssis

Sahibkarlarla iş və kommunikasiya şöbəsi

Tel:      +994 12 465 76 92 (daxili 119)

E-mail: ebaliyeva@ask.org.az

Details

Tarix:
Dekabr 9, 2019
Time:
4:00 axşam - 6:00 axşam
Tədbir Category:
Back To Top