- This event has passed.
Rumıniya Azərbaycanda birgə sənaye müəssisələrinin yaradılmasınada maraqlıdır
Noyabr 23, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti cənab Məmməd Musayevin Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Dan İANKU ilə görüşündə iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan-Rumıniya arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan Sahibkarlar Konfederasiyası Rumuniyanın özəl sektoru ilə əlaqələrin genişlənməsinə önəm verir. Ölkəmizdəki sənaye parklarında birgə müəssisələrin yaradılması, ruminiyalı investorların aqro-parklarda fəaliyyət imkanlarının olması məsələləri cənab səfirin nəzərinə çatdırılıb.Məmməd Musayev ruminiyalı iş adamlarının ölkəmizdəki əlverişli biznes və investisiya mühitindən, eləcə də Azərbaycanın tranzit potensialından, regionlarda kənd təsərrüfatının inkişafına yönələn güzəştlərdən yararlanmağa dəvət edib. Bildirib ki, Rumıniya şirkətləri iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi, qarşılıqlı əməkdaşlıq üçün birbaşa konfederasiya ilə əlaqə yarada bilərlər.
Rumıniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dan İankusəmimi görüş üçün minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edən səfir iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycanla-Rumıniya arasında ticarət dövriyyəsi 170 mln. ABŞ dollar həcmindədir və ticarət dövriyyəsinin artırılması istiqamətində birgə əməkdaşlıq gələcəkdə fayda verər. Səfir bildirib ki, Rumıniya inkişaf edən bazardır, lakin ölkəsinin investorları Azərbaycanın investisiya mühiti haqqında o qədər də məlumatlı deyillər.
Ölkəsinin Azərbaycanla iqtisadi, ticari əməkdaşlığın genişlənməsində maraqlı olduğunu qeyd edən diplomat qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində əhəmiyyətli olduğunu, diplomatik fəaliyyəti müddətində iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye sahəsində əlaqələrin inkişafı istiqamətində intensif iş aparacağını bildirmişdir.
Görüşdə Azərbaycan və Rumıniya arasındaiqtisadi əməkdaşlığın inkişafına dair bütün sahələr üzrə aktual məsələlərə dair fikir mübadiləsi aparılıb.