- This event has passed.
Sahibkarların nəzərinə!
Oktyabr 23, 2016 / 8:00 səhər - Oktyabr 24, 2016 / 5:00 axşam UTC+4
Məlumat üçün bildirək ki, İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatasının Baş Katibliyi sahibkarları 23-24 oktyabr 2016-cı il tarixlərində Bəhreyn Krallığında təşkil olunacaq “Xeyriyyə xarakterli İnnovasiya Konfransı”na dəvət edir.
İsa Mədəniyyət Mərkəzinin Şura sədri cənab Şeyx Xaled bin Abdulla Əl Xəlifənin himayədarlığı və 23 ölkədən 370 nümayəndə heyətinin iştirakı ilə 2015-ci ildə keçirilmiş xeyriyyə xarakterli İnnovativ Texnologiya Konfransı böyük uğuru qazanıb, bunu nəzərə alaraq cari ildə də Xeyriyyə xarakterli İnnovasiya Konfransının keçirilməsi nəzərdə tutulur. Konfransın əsas mövzusu “innovasiyada əsas rol oynayan rəqəmsal transformasiya ” olacaqdır.
Konfransda müzakirə olunacaq əsas mövzular aşağıdakılardır:
- Rəqəmsal sosial innovasiya
- Onlayn kiber-xeyriyyə innovasiyası
- Xeyriyyə xarakterli yeni texnologioya cərəyanları
- Xeyriyyə xarakterli mobil proqramlar
- Texnologiya provayderlərindən yararlanması üzrə üçüncü sahə mexanizmləri və yanaşmaları
- Uğurla həyata keçirilmiş işlərdən nümunələr və praktik məşğələlər
- Beynəlxalq Qeyri-hökumət Təşkilatları və əsas təcrübələr
- Xeyriyyə təşkilatları vasitəsilə texnologiya əsaslı ictimai dəyərlərin yaradılması
- Sosial inteqrasiya və sosial transformasiya
- İnformasiya və Kommunikasiya Texnologiyaları vasitəsilə Xeyriyyə Təşkilatlarının sosial kapitalının dövriyyəyə buraxılması
- Xeyriyyə Təşkilatlarında çalışan kadrlarının bacarıqlarının artırılıması üzrə İKT əsaslı mexanizmlər
- Xeyriyyə və qeyri-hökumət təşkilatlarının təşəbbüsü nəticəsində rəqəmsal texnologiyadan istifadə etməklə sosial innovasiya
- Sosial media vasitələri
- Media texnologiya və yenilikləri
Yuxarıdakıları nəzərə alaraq, Üzv strukturlardan bu məlumatı üzv təşkilatlarınız arasında paylaşmağı xahiş edirik. Üzv təşkilatlardan konfransın mövzusuna uyğun olaraq hazırladıqları təqdimatların xülasəsini (ingilis və ya ərəb dilində) aşağıdakı məlumatları nəzərə almaqla bizə göndərmələri xahiş olunur:
- Təqdimatın başlığı
- Təqdimatın xülasəsi ( 300 sözdən çox olmayan)
- Təqdimatçının (təqdimatçıların) adı, vəzifəsi
- Müəssisənin və ya Rəhbərin adı, mümkünsə onlayn referensin də daxil edilməsi
- Müəssisənin yerləşdiyi ölkə
- Əsas təqdimatçının əlaqə məlumatları (e-mail və telefon nömrəsi )
- Təqdimatçı haqqında qısa məlumat
Təqdimatlar barədə xülasə info@inoventing.com emailinə, surəti isə abuhazza@gmail.com ünvanına göndərilməlidir. Qəbul olunmuş təqdimatçılara məlumat veriləcəkdir.