- This event has passed.
İstanbulda “WORLDFOOD İstanbul 2015 – 23-cü Beynəlxalq Qida Məhsulları və Texnologiyaları sərgisi” keçiriləcək
Sentyabr 1, 2015 / 8:00 səhər - Sentyabr 4, 2015 / 5:00 axşam UTC+4
Azərbaycan Sahibkarlarlar Konfederasiyası məlumat üçün bildirir ki, 01-04 sentyabr 2015-ci il tarixlərində İstanbulda “WORLDFOOD İstanbul 2015 – 23-cü Beynəlxalq Qida Məhsulları və Texnologiyaları sərgisi” keçiriləcəkdir.
27 ölkənin qatılacağı sərgidə aşağıdakı qida məhsulları nümayiş etdiriləcək:
– İçkilər – Çay və Qəhvə Məhsulları, Enerji İçkiləri, Meyvə Suyu, Su və Mədən Suyu;
– Şəkər və Un məmulatları & Qoz-fındıq – Qəlyanaltı Məhsullar və Çərəzlər, Biskvit, Şokolad, Halva, Keks, Qurudulmuş Meyvə, Qoz-fındıq Növləri, Makaronlar, Cem, Bal və Bəkməz, Şirniyyat;
– Başlanğıc Qidalar və Yağlar – Ədviyyatlar, Körpə qidaları, Bitki mənşəli yağlar, Təbii Məhsullar, Konserv, Souslar, Zeytun yağı və zeytun, Qida Qatqı maddələri, Dəniz Məhsulları, Dondurulmuş Ərzaqlar, Ət və Toyuq Məhsulları, Süd və Süd Məhsulları, Meyvə və Tərəvəz;
Sizi sözügedən sərgidə iştiraka dəvət edirik. Sərgidə iştirak edəcəyiniz təqdirdə 16.08.2015 tarixə qədər ASK-ya müraciət etməniz xahiş olunur.
Qeyd: Sərgi güzəştli şərtlərlədir.
Əlaqələndirici şəxs: Rauf Əliyev
Tel: (012) 465 72 43
Mob:(070) 290 99 11
E-mail: raliyev@ask.org.az