skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Sahibkarlarla görüş keçirilib

Oktyabr 30, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

Oktyabr ayının 27-də “Hyatt Ragency” otelində Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə kiçik və orta sahibkarlarla və ictimai birliklərin nümayəndələri ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyanın prezidenti Məmməd Musayev bildirib ki, ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” hazırlanmış 12 strateji yol xəritəsi sahibkarlığın, eləcə də kiçik və orta sahibkarlığın inkişafına mühüm töhfə verəcəkdir. Qeyd olunub ki, Vergilər Nazirliyi tərəfindən strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul ediləcək qərarların səmərəliliyinin və şəffaflığının təmin edilməsi üçün silsilə tədbirlər keçirilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı iş adamlarının qarşılaşdıqları problemlər və təkliflər öyrənilir, onların həlli istiqamətində məqsədyönlü işlər görülür.

Bu tədbirlər çərçivəsində Vergilər Nazirliyinin sahibkarlarla mütəmadi olaraq keçirdiyi görüşlərin ölkədə kiçik və orta sahibkarlığın inkişafındakı əhəmiyyətindən danışan Məmməd Musayev bu görüşlərdə səsləndirilən hər bir təklifə ciddi şəkildə və fərdi yanaşıldığını, Vergi Məcəlləsinə gələcəkdə ediləcək dəyişiklər zamanı əhəmiyyətli hesab olunan təkliflərin nəzərə alındığını vurğulayıb.

Görüşdə çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov qeyd edib ki, Azərbaycanda son illər ərzində qeydə alınan sürətli iqtisadi inkişafda qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır. Ölkəmiz güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanaraq, bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Nazir müavini qeyri-neft sektorunun inkişafında onun əsas sütunlarından biri kimi sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın fəaliyyətinə hərtərəfli dəstək verilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Vergilər Nazirliyi öz fəaliyyətini tam şəffaf şəkildə qurmağa çalışır və ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini stimullaşdırmaq üçün vergi inzibatçılığı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində vergi ödəyicilərinin təkliflərini hər zaman dinləməyə hazırdır.

Vergilər Nazirliyi “Azərbaycan Res­pub­likasında kənd təsərrüfatı məhsullarının isteh­sa­lı­na və emalına dair Stra­te­ji Yol Xəritəsi”, “Azər­baycan Respub­li­ka­sında kiçik və orta sahib­karlıq sə­viy­yəsində istehlak mallarının istehsalına dair Stra­teji Yol Xə­ri­təsi” və “Azərbaycan Respublikasının milli iq­ti­sadiyyat perspektivi üzrə Strateji Yol Xə­ri­təsi”ndə müvafiq hədəflər üzrə əsas icraçı qurumlarından biridir. Nazirlik strateji yol xəritələrində onun qarşısında müəyyən edilmiş vəzifələrin icrası prosesində bununla bağlı layihələr hazırlayarkən sahibkarlıq subyektlərinin təkliflərini əsas götürür və onlardan normativ sənədlərin hazırlanmasında istifadə edir.

Büdcə gəlirlərinin formalaşmasında hər bir vergi ödəyicisinin öz rolunun olduğunu bildirən Sahib Ələkbərov qeyd edib ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotununu düzgün şəkildə və vaxtlı vaxtında aparan, qanunvericiliyin tələblərinə tam əməl edən vergi ödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının, həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir.

Sonra vergi ödəyicilərini daha çox maraqlandıran elektron qaimə-fakturaların tətbiqi, nağdsız hesablaşmaların həcminin artırılması yolları və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılaraq onların təklifləri dinlənilib, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin çoxsaylı sualları cavablandırılıb.

 

Details

Tarix:
Oktyabr 30, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top