skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında anım mərasimi keçirilib

Fevral 24, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Orxan Bayramov  bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirir. Orxan Bayramov  qeyd edib ki, XX əsrin faciəsi olan Xocalı soyqırımı da həmin cinayətkar erməni siyasətinin nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri hesab olunur. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.O.Bayramov bu qətliamın bütün dünyanın gözü qarşısında baş verdiyini və inkarı mümkün olmayan sənədlər ortada olduğunu dilə gətirib.İnsanlıq tarixi 100 illər boyunca neçə dəfə can itkisinə şahidlik edib. Tədbirdə qeyd olunub ki, 106-sı qadın, 63-ü uşaq,70 qoca olmaqla 613 nəfər Azərbaycan türkü işgəncələrlə qətlə yetirilib. Qadın, uşaq, kişi demədən Xocalıda yaşayan sivil əhalinin kütləvi qətli, 487 nəfərin yaralandığı və 1275 nəfərin girov götürüldüyü, 150 nəfərin itkin düşdüyü bu vəhşilik şahidlərinin zehnindən hələ də getmir.

Çıxışçılar deyiblər ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri erməni daşnaklarının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməlidir.

 

Details

Tarix:
Fevral 24, 2017
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top