- This event has passed.
Yerli şirkətlərlə transmilli şirkətlər arasında əlaqələr müzakirə olunub
Avqust 18, 2015 / 8:00 səhər - 5:00 axşam UTC+4
Beynəlxalq Əmək Təşkilatının eksperti John Bliekin Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında olub. ASK-nın Baş katibi vəzifəsini müvəqqəti icra edən Mehman Mehmanovla birgə keçirilən görüşdə Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Beynəlxalq Əmək Təşkilatının eksperti John Bliek bildirib ki, Beynəlxalq Əmək Təşkilatının Moskva ofisində 9 aydır ki, fəaliyyət göstərir. Bundan sonra çalışacaq ki, öz təcrübəsini üzv təşkilatlarla bölüşərək, bazar araşdırması aparmaqla təlim və tədbirlərin mövzusunu müəyyənləşdirsin.Ölkəmizə səfərinin məqsədi haqqında məlumat verən qonaq bildirib ki, transmilli şirkətlərin fəaliyyəti , onların hökumət və yerli şirkətlərlə əməkdaşlığını müzakirə etməklə çalışacaq ki, gələcəkdə bu sahəyə öz tövhəsini versin.
Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən ASK-nın Baş katibi vəzifəsini müvəqqəti icra edən Mehman Mehmanov qeyd etdi ki, ölkəmizdə transmilli şirkətlər öz işlərini istənilən standartlara uyğun quraraq fəaliyyət göstərirlər. Onların sayı kifayət qədər olsa da, lakin transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqalər hələ də arzuolunan səviyyədə deyil. Transmilli şirkətlərlə yerli şirkətlər arasında əlaqalərin güclənməsinə ehtiyac olduğunu deyən M.Mehmanov bu sahədə Beynəlxalq Əmək Təşkilatının təcrübəsindən yararlanmaq niyyətində olduqlarını da bildirib.
Beynəlxalq Əmək Təşkilatının əməkdaşlıqdan məmnunluq ifadə olunan görüşdə daha faydalı əməkdaşlıq üçün məsləhətlər verilib.
John Bliek görüşə görə təşəkkür etmiş, Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirmiş,Beynəlxalq Əmək Təşkilatının Azərbaycanla, xüsusilə də Azərbaycan Sahibkarlar Konfederasiyası ilə əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini dilə gətirib.