skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının daimi komissiyaları yenidən təşkil edilir!

Azərbaycan Sahibkarlar Konfederasiyasının Daimi Komissiyaları Yenidən Təşkil Edilir!

Hörmətli Konfederasiya üzvləri,

Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Konfederasiyanın bir neçə daimi komissiyasının yeni əsasnaməsi təsdiq edilmişdir. Qərarın 3.7-ci bəndinə əsasən, komissiyaların tərkibinin yenidən formalaşdırılması və işinin yenidən təşkili üçün əsasnamələrində nəzərdə tutulan tədbirlər həyata keçirilməlidir.

Nəzərinizə çatdırmaq istərdik ki, komissiyaların üzvləri yeni əsasnamələrə uyğun olaraq, Konfederasiya prezidentinin təqdimatı əsasında Rəyasət Heyəti tərəfindən seçiləcəkdir. Komissiyaların tərkibinə namizədlər Konfederasiya üzvlərinin elektron və ya kağız daşıyıcıda olan yazılı müraciəti əsasında onların işçiləri arasından müəyyən edilir (Konfederasiyanın üzvü olan fərdi sahibkarlar da öz namizədliyini irəli sürə bilərlər). Bu məqsədlə Konfederasiya prezidentinin sərəncamı ilə komissiyaların üzvlüyünə namizədlərin qeydiyyata alınması barədə müraciət forması təsdiq edilmişdir (linki aşağıda təqdim olunur).

Öz namizədlərini təqdim etmək istəyən sahibkarlar müraciət formasını doldurub təsdiq edərək qoşma sənədləri ilə birlikdə komissiyalar@ask.org.az e-poçt ünvanına göndərə bilərlər.

Əlaqə üçün: 0703907035


Müraciət forması : https://ask.org.az/wp-content/uploads/2026/03/Muraci-t-formas-Komissiya-uzvluyun-namiz-d-bar-d-.docx 

E-poçt: komissiyalar@ask.org.az

Müraciəti Google Forms vasitəsilə də göndərmək olar: https://forms.gle/y2KhvvMDEhRexgX7A

Bu halda elektron formaya təsdiqli məktubun skan versiyası əlavə olunmalıdır (məktubda namizədin soyadı, adı və komissiyanın adının göstərilməsi kifayətdir).

Komissiyaların fəaliyyət istiqamətləri, hüquqları, vəzifələri, üzvlərinin hüquq və vəzifələri, iş qaydası, işçi qrupları və məşvərətçiləri, katibliyi və himayəçilik kimi məsələlər onların əsasnamələri ilə tənzimlərin. Aşağıda təqdim olunan linklərdən əsasnamələri endirə bilərsiniz.


HÜQUQ KOMİSSİYASINA üzvlük
– Namizədə dair tələblər: ali hüquq təhsili və ya həmin istiqamət üzrə azı 3 illik iş təcrübəsi
– Əsasnaməsi: https://ask.org.az/wp-content/uploads/2026/03/Huquq-Komissiyas-n-n-esasnam-si.pdf

FİSKAL MƏSƏLƏLƏR KOMİSSİYASINA üzvlük
– Namizədə dair tələblər: Komissiyanın fəaliyyət istiqamətlərinə aid ixtisaslar üzrə ali təhsil və ya həmin istiqamətlər üzrə azı 5 illik iş təcrübəsi
– Əsasnaməsi: https://ask.org.az/wp-content/uploads/2026/03/Fiskal-m-s-l-l-r-Komissiyas-n-n-esasnam-si.pdf

TİKİNTİ KOMİSSİYASINA üzvlük
– Namizədə dair tələblər: Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələrdə azı 3 illik iş təcrübəsi
– Əsasnaməsi: https://ask.org.az/wp-content/uploads/2026/03/Tikinti-Komissiyas-n-n-esasnam-si.pdf

TURİZM VƏ İCTİMAİ İAŞƏ KOMİSSİYASINA üzvlük
– Namizədə dair tələblər: Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələrdə azı 3 illik iş təcrübəsi
– Əsasnaməsi: https://ask.org.az/wp-content/uploads/2026/03/Turizm-v-ictimai-ias-Komissiyas-n-n-esasnam-si.pdf

RƏQƏMSAL İNKİŞAF KOMİSSİYASINA üzvlük
– Namizədə dair tələblər: Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələrdə azı 3 illik iş təcrübəsi
– Əsasnaməsi: https://ask.org.az/wp-content/uploads/2026/03/R-q-msal-inkisaf-Komissiyas-n-n-esasnam-si.pdf

NƏQLİYYAT VƏ LOGİSTİKA KOMİSSİYASINA üzvlük
– Namizədə dair tələblər: Komissiyanın fəaliyyət istiqamətlərinə aid sahələrdə azı 3 illik iş təcrübəsi
– Əsasnaməsi: https://ask.org.az/wp-content/uploads/2026/03/N-qliyyat-v-logistika-Komissiyas-n-n-esasnam-si.pdf

Back To Top