skip to Main Content

Alternativ enerjinin idarə edilməsi planı hazırlanacaq

Alternativ Enerjinin Idarə Edilməsi Planı Hazırlanacaq

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Natəvan Məmmədovanın Asiya İnkişaf Bankının nümayəndələri və beynəlxalq ekspertlərlə birgə görüşündə ölkəmizdə sahibkarların enerji sektorunda iştirakı üçün normal işgüzar mühitin formalaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Natəvan Məmmədova   Azərbaycanda alternativ enerji imkanlarının araşdırılması,   özəl sektorun maraqları nəzərə alınmaqla, xarici investorlar üçün yaradılan şərait və bu imkanlardan səmərəli istifadə olunması ilə bağlı qonaqlara ətraflı məlumat verib.

Beynəlxalq eksperti Neyl Pinto bildirib ki, özəl sektorun Azərbaycanın enerji sektorunda iştirak etməsi üçün zəruri mühitin formalaşdırılması ilə bağlı Siyası və Texniki yardım Məsləhət xidmətlərinin təmin edilməsi məqsədilə Asiya İnkişaf Bankı tərəfindən “Ricardo-AEA” şirkətinin biznes sahəsi olan “PA Energy” da proqrama cəlb edilmişdir. İşçi qrupunun iki fazadan ibarət olduğunu deyən Neyl Pinto  proqramın haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, iki faza ərzində ictimaiyyət və tərəfdaşların idarə edilməsi planı hazırlanacaq.

Görüş zamanı Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Gələcəkdə hazırlanacaqAlternativ enerjininidarə edilmə planında Azərbaycan Sahibkarlar Konfederasiyasının yaxından cəlb olunması ilə bağlı razılığa gəlinib.

 

Günel Yusifqızı

Back To Top