skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi “Kəhraba kaleydoskopu” forumunda iştirak etdi

Azərbaycan Sahibkarlar Konfederasiyasının Nümayəndəsi  “Kəhraba Kaleydoskopu” Forumunda Iştirak Etdi

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Polşa Respublikası və Rusiya Federasiyasının Kalininqrad vilayəti üzrə nümayəndəsi Tofiq Rzayev “Kəhraba kaleydoskopu” beynəlxalq milli mədəniyyətlər forumunda iştirak edib.

Tədbir 18-19 sentyabr tarixlərində Rusiya Federasiyası Kalininqrad vilayətinin Zelenoqrad şəhərində, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Mədəniyyəti Fondunun dəstəyilə keçirilib.  Forumda iştirakçılar elmi-praktik hissədə, görüşlərdə, sərgi və master-dərslərdə iştirak ediblər.

Milli mədəniyyətlərin daha çox təmsil olunması üçün tədbirə müxtəlif xalqların nümayəndələri dəvət olunublar. ASK nümayəndəsi T.Rzayev görüşdə Rusiya-Azərbaycan iqtisadi əlaqələri, biznes-görüşlərin təşkili, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Rusiyanın biznes təşkilatları arasındakı əməkdaşlıqlar barədə məlumat verib.

Back To Top