skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzv təşkilatlara MÜRACİƏTİ

Azərbaycan Sahibkarlar Konfederasiyasının üzv Təşkilatlara MÜRACİƏTİ

Sentyabrın 27-də səhər saatlarından başlayaraq erməni vandalları növbəti təxribata əl ataraq, işğalçılıq siyasəti yeritdiklərini bir daha sübut etdilər.  Azərbaycan ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və işğal altındakı torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Xalqımızda, ordumuza böyük inam və ruh yüksəkliyi vardır.

Azərbaycan Respublikasında Hərbi vəziyyət elan edilməsi haqqında ölkə  Prezidenti Fərman imzalamış və həmin Fərmanın icrası olaraq  nəzərdə tutulmuş tədbirlər həyata keçirilməyə başlanılmışdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına  daxil olan müraciətlərdə sahibkarlar ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin, ordumuzun, qəhrəman əsgərlərimizin yanında olduqlarını bəyan etməklə, onlara dəstək olmaq istədiklərini qeyd edirlər.

Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlardan daxil olan müraciətləri nəzərə alaraq, sahibkarlar tərəfindən göstəriləcək maliyə yardımlarının operativ və vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə üzv sahibkarlara müraciət edilməsi qərarlaşdırılmışdır. Müraciətin mətnini Sizə təqdim edirik:

Hörmətli sahibkarlarımız,

Sizin dəstək mesajlarınızı böyük qürur hissi ilə qarşılayır və inanırıq ki,  sahibkarlar Azərbaycan Respublikası Prezidentinin Hərbi vəziyyət elan olunması ilə bağlı Fərmanının bütün tələblərinə əməl edərək, qələbə üçün bütün imkanları səfərbər edəcəklər.

Hazırda bütün ölkə vətəndaşları kimi iş adamlarımızın da qəlbi Qarabağda ordumuzla birlikdə döyünür.

Odur ki, dəstək aksiyasına qoşulmaq istəyən sahibkarlarımız  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə nəzərdə tutulan  yardımları ilə bağlı yarana biləcək hər hansı bir suala operativ cavab verilməsi məqsədilə  Azərbaycan Sahibkarlar Konfederasiyasının qaynar xəttinə (051-229-97-22)  zəng edə bilərlər.

Eyni zamanda Sizin diqqətinizə Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitlərini təqdim edirik :

Bankın adı: Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı
Bankın ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A
Bankın telefonları: (012) 562 99 41, (012) 562 93 37
Kod: 805584
VÖEN: 9900001881
Müxbir hesab: AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod: IBAZAZ 2X
Benefisiarın adı: S.Q.Y.F MN
VÖEN: 1300162621
Hesablaşma hesabları:
AZN AZ98IBAZ38040019449930010202
ABŞ DOLLARI AZ88IBAZ38140018409930010202
AVRO AZ68IBAZ38140019789930010202
RUSİYA RUBLU AZ08IBAZ38140018109930010202
Back To Top