skip to Main Content

Pakistanla Azərbaycan arasında biznes-missiyalar təşkil olunacaq

Pakistanla Azərbaycan Arasında Biznes-missiyalar Təşkil Olunacaq

Dekabrın 7-də Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının prezidenti Xürrəm Bhatti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (Azərbaycan Sahibkarlar Konfederasiyası) prezidenti Məmməd Musayev ilə görüşüb.

Görüşdə tərəflər arasında imzalanmış memorandum əsasında görüləcək işlərlə bağlı geniş müzakirələr aparılıb. Pakistan-Azərbaycan iqtisadi əlaqələri, hər iki ölkənin sahibkarlarının iştirakı ilə biznes missiyaların təşkil edilməsinin detalları razılaşdırılıb. Eləcə də, gələcəkdə Pakistan və Azərbaycan arasında yeyinti sənayesi xüsusilə düyü, tekstil, əczaçılıq və meyvəçilik barədə idxal-ixrac fəaliyyətinin qurulması ətrafında fikir mübadiləsi aparılıb.

Back To Top