skip to Main Content

Yapon investorları ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirilib

Yapon Investorları Ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında Görüş Keçirilib

Aprelin 1-də Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə səfərdə olan yaponiyalı investorları qəbul edib.

ASK Business Consulting şirkəti ilə ASK-nın üzvi olan TET international Development şitkətinin birgə təşkilatçılığı ilə Azərbaycana işgüzar səfərə gələn investorlar artıq bir neçə görüşlər keçiriblər.  Yapon şirkətinin prezidenti Taro Savada iş adamlarını maraqlandıran sahələrlə bağlı yaranan sualları diqqətə çatdırıb. Azərbaycanda sərmayə potensialı olan iqtisadi sektorlar, biznesə başlamaq prosedurlarının sadələşdirilməsi barədə yapon investorlara məlumat verilib.

Back To Top