skip to Main Content

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib

İslam Ticarət, Sənaye Və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının Növbəti Iclası Keçirilib

Dekabrın 16-da Qətərdə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda Direktorlar Şurasının üzvü, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Tədbir çərçivəsində Konfederasiya rəhbəri Qətərin Ticarət və Sənaye Palatasının sədri Xalifa Bin Jassim Bin Mohammed Al Tani ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi, bizneslər arasında əməkdaşlıqların qurulması, işgüzar səfərlərin təşkil olunması, ticarət imkanlarının genişləndirilməsi və s. məsələlər müzakirə olunub.

 

Back To Top