skip to Main Content

Türkiyə İxracatçılar Məclisinin üzvləri Azərbaycan Sahibkarlar Konfederasiyasında olublar

Türkiyə İxracatçılar Məclisinin üzvləri Azərbaycan Sahibkarlar Konfederasiyasında Olublar

Ölkəmizdə səfərdə olan Türkiyə İxracatçılar Məclisinin üzvləri Azərbaycan Sahibkarlar Konfederasiyasında olublar.
Görüş çərçivəsində, Azərbaycan Sahibkarlar Konfederasiyasının mövcud fəaliyyəti və gələcək hədəfləri haqqında geniş məlumat verilib. Eyni zamanda, ASK-nın beynəlxalq və regional təşkilatlar çərçivəsində Türkiyə də daxil olmaqla bütün tərəfdaşları ilə apardığı rasional əməkdaşlıqdan bəhs edilmişdir.
Türkiyə İxracatçılar Məclisinin Xarici əlaqələr departamentinin rəhbəri Mesut Şəngülər Türkiyənin ixrac potensialı, Türkiyə dövlətinin ixracla məşğul olan şirkətləri təşviq siyasəti və tədbirləri, ixrac prosesləri və s. haqqında geniş məlumat vermişdir. O, görüş zamanı 1-4 aprel 2024-cü il tarixlərində Bakı şəhərində Türkiyənin Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi tərəfindən keçirilməsi planlaşdırılan Azərbaycana gələcək biznes nümayəndələrinin proqramı haqqında məlumat verib.

Back To Top