skip to Main Content

“Xidmət sektorunun inkişafına yönəlmiş layihələr” müzakirə edildi

“Xidmət Sektorunun Inkişafına Yönəlmiş Layihələr” Müzakirə Edildi

Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Əmək və Əhalisinin Sosial Müdiaəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin və Dövlət Sosial Müdafiə Fondunun dəstəyilə “Xidmət sektorunun inkişafına yönəlmiş layihələr”in müzakirəsi təşkil edilib.
Tədbiri açan Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Natəvan Məmmədova dövlət-özəl dialoqunun əhəmiyyətini vurğulayıb. Biznesin gözləntilərini formalaşdıraraq müvafiq təkliflərlə çıxış etmək üçün Konfederasiyanın sahibkarların vahid səsi mövqeyindən çıxış etdiyini bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Konfederasiyanın sosial tərəfdaşı olduğunu qeyd edən Natəvan Məmmədova biznesi dialoqda aktiv olmağa çağırıb.
Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlar və Layihələr Departamentinin müdiri Səbuhi Qənbərzadə dövlət tərəfindən dəstək verilən layihələr haqqında sahibkarlara məlumat verib. Sosial tərəfdaşlara təqdim edilən layihələrin şərtlərini və stimullaşdırıcı amilləri qeyd edib. Rəşad Mehdili də öz növbəsində Agentliyin fəaliyyət istiqamətləri və özəl sektorun iştirakçılığının faydaları barədə danışıb. Sonra ictimai-iaşə sektorunun təmsilçiləri fəaliyyətlərindəki çətinliklər və onlardan çıxış yolları haqqında təklifləri müzakirə ediblər.

Back To Top