skip to Main Content

Almaniyadan gələn biznes deleqasiyası ilə Konfederasiyada görüş keçirildi

Almaniyadan Gələn Biznes Deleqasiyası Ilə Konfederasiyada Görüş Keçirildi

MÜSİADın  Almaniyadakı nümayəndələri Bakı səfəri çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasında olublar. MÜSİADın Ştutqard şəhərindəki nümayəndəsi Duran Tok, MÜSİADın Berlindəki nümayəndələri Zəkəriya Bayraq və Fikrət Doğan Almaniyanın biznes sahəsindəki mövcud uğurları və gələcəkdə Konfederasiya ilə  mümkün əməkdaşlıq planları haqqında fikirlərini bölüşüblər. Duran Tok dünyadakı MÜSİAD nümayəndəliklərin sayının 92 olduğunu və onlardan 11-inin Almaniyada yerləşdiyini vurğulayıb. Zəkəriya Bayraq bildirib ki, Azərbaycanın coğrafi üstünlüyünü nəzərə alaraq logistika, yeni texnologiyalar, tibb sektorunda tərəfdaşlıq və birgə fəaliyyətlə bağlı təkliflər irəli sürüb.

Konfederasiyasının baş katibi Natəvan Məmmədova Qarabağın investisiya imkanları, hazırda icra edilən layihələr və regionun potensial inkişaf perspektivləri haqqında bəzi statistik məlumatları qonaqların diqqətinə çatdırıb. O, Qarabağda sahibkarlar üçün yaradılmış əlverişli şəraitlə sualları cavablandırıb.

Baş katibinin müavini Fuad Hümbətov ASK-nın mövcud fəaliyyəti və gələcək hədəfləri haqqında geniş məlumat verib. O, Konfederasiyanın Almaniyadakı nümayəndəsi Elnur Hüseynovun akitv çalışmasına diqqət çəkərək, xaricdəki nümayəndələrin qarşısına qoyulan məqsədlər barədə öz fikirlərini bölüşüb.

Görüşdə hər iki ölkə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı və gələcək ikitərəfli səfərlər üçün biznes nümayəndə heyətlərinin təşkili qərara alınıb.

Back To Top