skip to Main Content

Aqrar Biznes Festivalında sahibkarların sualları cavablandırılıb

Aqrar Biznes Festivalında Sahibkarların Sualları Cavablandırılıb

Bu il fevralın 29-da Aqrar Biznes Festivalı Yevlax rayonunda keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar Konfederasiyası, İqtisadiyyat Nazirliyinin Sahikarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə İqtisadiyyat Nazirliyinin Aran Regional İnkişaf Mərkəzində keçirilən festivalda fermerlər iştirak edib.

Festivalda innovativ həllərə əsaslanan kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, müasir yeni texnologiyalar sərgilənib. Aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum, dərman, ting və digər kənd təsərrüfatı istehsalçısı olan şirkətlərin məhsulları nümayiş olunub.

Festival çərçivəsində AKİA-nın təşəbbüsü ilə fermerlərin və kerdit təşkilatlarının iştirakı ilə “Kredit yarmarkası” keçirilib.

Festivalın açılışında çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyası Prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə tədbir iştirakçılarına Konfederasiyanın sahibkarlarla bağlı fəaliyyət istiqamətləri və tərəfdaşlarla olan münasibətlərdən danışıb.

F.Vəlizadə həmçinin Festival çərçivəsində “Kredit Yarmarkası” üzrə təşkil olunan panel müzakirədə iştirak edərək sualları cavablandırıb.

Festivalda aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə, maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün şərait yaradılıb.

 

Back To Top