skip to Main Content

Azərbaycan Sahibkarlar Konfederasiyası və “Atameken” arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası Və “Atameken” Arasında Anlaşma Memorandumu Imzalanıb

Bugün Bakıda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib. AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib.
Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev son 14-15 il ərzində Qazaxıstanla birlikdə 20-dən çox biznes forum keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün platformanın istənilən imkanlarını müzakirə və istifadə etməyə hazırdır.
Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımaların həcminin artırılmasının planlaşdırıldığını, Azərbaycanla birlikdə həyata keçirilən layihələrin region ölkələri üçün maraqlı olduğunu söyləyib.
M.Musayev çıxışında iki dövlət arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını, sahibkarlarımızın arasında əlaqələrin genişlənməsi üçün ATAMEKEN ilə əlaqələrin daha da gücləndiriləcəyini bildirib.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstanın “Atameken” Sahibkarlar Milli Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi ASK-nın prezidenti Məmməd Musayev və “Atameken” Sahibkarlar Milli Palatasının İdarə Heyətinin üzvü, Xarici Ticarət İdarəsinin sdəri Murat Kərimsakov imzalayıblar.

Back To Top