skip to Main Content

Masallıda Aqrar biznes festivalı keçirilib

Masallıda Aqrar Biznes Festivalı Keçirilib

Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Aqrar biznes festivalı keçirilib. Tədbirdə Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov çıxış edib. O, innovativ su texnologiyalarına keçidin, aqrar sığorta mexanizmindən istifadənin vacibliyini vurğulayıb. Qeyd edib ki, bu amillər məhsuldarlığın artmasına və maliyyə əlçatanlığına böyük töhfə verə bilər.

Masallı “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnologiyalar və məhsullar nümayiş olunub.

Aqrar biznes festivalı Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarından olan fermerlər tərəfindən ziyarət olunub.

Festivalda müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

Festivalda çıxış edənlər fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyətli olduğunu və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıblar.

Back To Top