skip to Main Content

Konfederasiya prezidenti MÜSİAD-ın nümayəndə heyətilə görüşüb

Konfederasiya Prezidenti MÜSİAD-ın Nümayəndə Heyətilə Görüşüb

Aprelin 3-də MÜSİAD-ın Avrasiya koordinatoru Mustafa Özgür Yücelin rəhbərlik etdiyi türk iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev ilə görüşüb.

M.Musayev ölkələrimiz arasında iqtisadi ticarət əlaqələrinin bugünkü vəziyyəti, Türk, İslam dünyası ilə işbirliyi ilə bağlı hədəfləri qeyd edib. Ölkə rəhbərlərinin bu istiqamətdə fəaliyyətinə diqqətçəkən Konfederasiya prezidenti Azərbaycan iqtisadiyyatının yeni bir mərhələyə keçdiyini, ərazi bütövlüyümüzün bərpa olunması nəticəsində iqtisadi inkişaf imkanlarının genişləndiyini vurğulayıb. Azərbaycanda çalışan xarici investorlar üçün yaradılan əlverişli şərait haqqında məlumat verib. “Türk iş adamları bizim qardaşlarımızdır və birgə fəaliyyət göstərməyə, dəstək verməyə hazırıq”, – deyən Konfederasiya rəhbəri birgə üçüncü ölkələrdə çalışmaq təklifləri üzərində də işləməyi təklif edib.

Mustafa Özgür Yücel qəbula görə təşəkkür edərək, ötən il Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə yardım üçün yaradılan Qardaş Köməyi platformasına verdiyi dəstəyə görə Məmməd Musayevə təşəkkürünü bildirib. O, MÜSİAD – üzvlərinin Türkiyə iqtisadiyyatının 25%-ni əhatə etdiyini və 16 sektoral komitələrdə təmsil olunduqlarını söyləyib. Mustafa Özgür Yücel dünyanın 90 ölkəsində MÜSİAD təmsilçiliyinin mövcudluğunu və Konfederasiya ilə birgə fəaliyyətə hazır olduqlarını bildirib. MÜSİAD-ın İsveçrə rəhbəri Şeref Yıldız ölkəmizə əvvəlki səfərlərinə toxunaraq, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı təcrübə mübadiləsinə dəstək verə biləcəyini vurğulayıb.

Görüşdə həmçinin MÜSİAD üzvləri Mithat Kahveci, İnanç Coşkun, Yaşar Katipoglu, Cafer Aygün, Mehmet Kaynak, Rəşad Cabirli, Alim Şentürk, Konfederasiyanın əməkdaşları Fərid Vəlizadə, İlhamə Abdullayeva, Afət Məmmədova iştirak ediblər.

Back To Top