skip to Main Content

“Turizm və xidmət üzrə iş komissiyası”nın görüşü keçirilib

“Turizm Və Xidmət üzrə Iş Komissiyası”nın Görüşü Keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş komissiyası”nın iclası keçirilib. İclasda komissiyanın 2023-cü ildə gördüyü işlər müzakirə edilib, həmçinin turizm sektorunun nümayəndələri Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə görüşüblər.

Görüşdə Bakı Peşə Hazırlığı Mərkəzinin, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Skal İnternational Bakı Turizm Peşəkarları Assosiasiyası, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbər şəxsləri iştirak edib.

Bakı Peşə Hazırlığı Mərkəzi 175 prioritet istiqamət üzrə həyata keçirdiyi peşə hazırlığı kursları, sahibkarların kadr ehtiyacının qarşılanması üçün görülən işlər və əməkdaşlıq imkanları barədə təqdimat edib.

Turizm sahəsinin nümayəndələri isə iqtisadiyyatın bu sahəsinin böyük əmək tutumuna malik olduğunu və ixtisaslı kadrlara ehtiyacın daim artdığını bildiriblər. Əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayan turizmçilər bu sahədə əmək bazarının tələbləri və işəgötürənlərin gözləntiləri barədə məlumat veriblər.

Back To Top