skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Qida təhlükəsizliyi sisteminin idarə edilməsində ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları

Fevral 16, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli Sahibkar!

Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq çərçivəsində ZOOM platforması üzərindən ASK üzvləri üçün silsilə təlim paketi planlaşdırmışdır. İlk etap olaraq Qida Təhlükəsizlik Agentliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə 16 fevral 2021-ci il tarixində “İstehsal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində ən yaxşı təcrübə və ümumi gigiyena qaydaları” mövzusunda vebinar keçiriləcəkdir.

Təlimçi: Seymur Qafarov, Təlim və konsaltinq şöbəsində aparıcı mütəxəssis

Saat: 16:00 – 17:00

Vebinar aşağıdakı alt-mövzuları əhatə edəcəkdir:

  • Qida məhsullarının çirklənmələri və Zərərvericilərlə mübarizə
  • Sahə nəzarətçisinin Qida keyfiyyəti ilə bağlı gündəlik yoxlamaları
  • Qida məhsullarının konservləşdirilməsi
  • Düzgün etiketləmə qaydası və mal qonşuğu siyasəti
  • Aylıq və İllik tibbi müayinələrin aparılması qaydası və periodik tibbi yoxlanışlara nəzarət sistemi
  • Meyvə və tərəvəzin dezinfeksiya olunması qaydası
  • Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı
  • Şəxsi gigiyena qaydaları və İstehsal obyektlərində sanitar-gigiyenik normaların qorunması

Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:

  • Ad, Soyad
  • Təmsil edilən qurum
  • İcra edilən vəzifə
  • E-mail ünvanı
  • Telefon nömrəsi

Qeyd: Seminarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Baş mütəxəssis

E-mail: ebaliyeva@ask.org.az

Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
Fevral 16, 2021
Time:
4:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top