skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Dövlət Gömrük Komitəsi ilə vebinar

Fevral 12, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sahibkarların məlumatlandırılması məqsədi ilə 12 fevral 2021-ci il tarixində sual – cavab formatında ZOOM platforması üzərindən saat 16:00-da aşağıdakı mövzuları əhatə edən vebinar təşkil olunacaq:

  • “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və bu sistemdən istifadəyə dair tələblər;
  • Birbaşa gömrük təmsilçiliyi fəaliyyəti üçün müraciət qaydası və qeydiyyat prosesi;
  • Gömrük ödənişləri və onların hüquqi bazası.

Təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcək:

  • Qaralov Səməd – Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi
  • Nəcəfli Ceyhun – Ticarətin Asanlaşdırılması İdarəsinin rəisi
  • Nuriyev Mahmud – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin rəisi
  • Heydərov Əliəkbər – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin baş inspektoru
  • Həsənova Arzu – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin baş inspektoru
  • Allahverdiyev Elmin – Xarici ticarət iştirakçıları ilə iş şöbəsinin böyük inspektoru
  • Məmmədov Fuad – Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru
  • Həsənov Rəşid – Gömrük dəyərləndirilməsi şöbəsinin böyük inspektoru
  • Qurbanov Aqşin – Gömrük daxilolmaları şöbəsinin böyük inspektoru

Vebinarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:

  • Ad, Soyad
  • Təmsil edilən qurum
  • İcra edilən vəzifə
  • E-mail ünvanı
  • Telefon nömrəsi

Qeyd: Vebinarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Baş mütəxəssis

E-mail: ebaliyeva@ask.org.az

Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
Fevral 12, 2021
Time:
4:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top