skip to Main Content

“Dayanıqlı biznes modelləri və mədəni turizm mübadiləsi” layihəsi başlayır

“Dayanıqlı Biznes Modelləri Və Mədəni Turizm Mübadiləsi” Layihəsi Başlayır

Elan:

“Dayanıqlı biznes modelləri və mədəni turizm mübadiləsi” layihəsi başlayır

Turizm sahəsində çalışan şirkətlər üçün Azərbaycan Sahibkarlar Konfederasiyası “Dayanıqlı biznes modelləri və mədəni turizm mübadiləsi” layihəsini təqdim edir. Fəaliyyətlərini və beynəlxalq əlaqələrini inkişaf etdirmək istəyən turizm şirkətləri layihəyə qoşulmaq üçün 2022-ci il fevralın 18-dək müraciət edə bilərlər.

Layihə İtaliaynın Basilicata Ticarət Palatası, Xorvatiyanın İqtisadi Palatası (Split County), Moldova Turizm Müəssisələri Assosiasiyası (ANTRIM) tərəfindən dəstəklənir.

2021-ci ilin dekabrın 1-dən 2022-ci ilin aprel ayının 30-dək, beş ay müddətinə planlaşdırılan bu layihə “EU4Business: Şirkətləri birləşdirən Avropa əməkdaşlıq proqramı”nın bir hissəsidir. Layihənin məqsədi davamlı təcrübə mübadiləsi vasitəsilə mədəni turizmi biznesini gücləndirməkdir.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı (ŞT) çərçivəsində hazırlanmış “EU4BCC” proqramı 2009-cu ildə Avropa İttifaqının (Aİ) üzv dövlətləri ilə altı şərq ölkəsində davamlı iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması prosesini dəstəkləmək məqsədi daşıyır. Proqramın digər məqsədləri Avropa şirkətləri ilə ticarət dövriyyəsinin artırılmasına, həmçinin xarici investisiyaları təşviq etməklə KOB-ların inkişafına dəstək göstərməkdir.

Layihənin əsas məqsədi Xorvatiya və Moldovayada təlim səfərlərinin təşkili, biznes assosiasiyalar və KOB-lar arasında əməkdaşlıq müqavilələrinin və ticarət müqavilələrinin təşviqi kimi tədbirlər vasitəsilə mədəni istiqamətlərdə davamlı, və dayanıqlı turizmin təklif etdiyi bazar imkanları haqqında məlumatlılığı artırmaqdır.

Layihədə iştirak etmək istəyən turizm şirkətləri və biznes assosiasiyalar fevralın 18-dək aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:

Müraciət blankı: https://bit.ly/3slmM8R

Layihədə iştirak etmək üçün Azərbaycandan 6 şirkət və ya biznes assosiasiya seçiləcək. İştirak üçün ingilis dili biliyi mütləqdir!

Layihə barədə əlavə məlumat əldə etmək üçün ASK prezidentinin məsləhətçisi Şəbnəm Nuriyeva ilə əlaqə saxlaya bilərsiniz.

Tel.: +99412 465 76 92/93 (102)

Back To Top