skip to Main Content

Azərbaycan sahibkarları Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak ediblər

Azərbaycan Sahibkarları Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Iştirak Ediblər

Martın 24-26-da Özbəkistanda birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forumda Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

V.Zeynalov forumun ikinci günü sosial dialoq mövzusunda Azərbaycan təcrübəsi ilə bağlı çıxış edib. Çıxışda üçtərəfli Baş Kollektiv sazişin imzalanması və icrası, dövlət-özəl dialoqunda əldə edilən uğurlar barədə məlumat verib.

V.Zeynalov özbəkistanlı sahibkarlarla əməkdaşlığın uzun illər ərzində uğurla inkişaf etdiyini vurğulayıb.

“Son illər ərzində Özbəkistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişib, bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük perspektivlər yaranıb. Çoxlu sayda Azərbaycan şirkəti Özbəkistanla əməkdaşlıq edir. Burada onların nümayəndəlikləri və istehsal müəssisələri var. Bizim 10 nəfərdən ibarət nümayəndə heyətimiz Azərbaycanın müxtəlif şirkətlərini təmsil edir. Onlar kənd təsərrüfatından tikinti sektorunadək bir sıra sahələrdə biznesin inkişafında, mühüm layihələrin reallaşdırılmasında və təcrübə mübadiləsində maraqlıdır. Qeyd etmək istərdim ki, son üç il ərzində, pandemiyaya baxmayaraq ölkələrimiz arasında ticari-iqtisadi münasibətlər genişlənib, qida sənayesi, elektronika və kənd təsərrüfatı sahələrində ticarət dövriyyəsi 30 faiz artıb”, – deyə V.Zeynalov bildirib.

Back To Top