skip to Main Content

“Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsi “KARVAN L”in qonağı oldu

“Cənubi Qafqazda Peşə Təhsilinə Dəstək” Layihəsi “KARVAN L”in Qonağı Oldu

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində fəaliyyətini davam etdirir. Martın 6-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tələbə və müəllimləri üçün “KARVAN L” şirkətlər Qrupunda “Açıq qapı” günü keçirilmişdir. Tədbirin məqsədi təhsil-biznes əməkdaşlığının genişləndirilməsi, tələbələr üçün peşə təcrübəsi keçmək və həmçinin gələcək məşğulluq imkanlarının yaradılmasıdır.

Tədbirdə məktəbin 14 tələbəsi və iki müəllimi, “Cənubi Qafqazda Peşə təhsilinə dəstək” layıhəsinin rəhbəri xanım Ute Fock, ASK-nın prezident məsləhətçisi Şəbnəm Nuriyeva və koordinator Sədaqət Qəmbərova iştirak ediblər.

“KARVAN L” şirkətinin nümayəndələri fəaliyyətləri və məhsulları, korporativ sosial siyasəti barədə təqdimat etmişlər. Daha sonra iştirakçılar şirkətin istehsal sahələri və iş şəraiti ilə tanış olmuşlar.

Tədbir zamanı şirkətdə çalışan əməkdaşların bilik və bacarığına olan tələblər, əmək şəraiti, maaşları və s. mövzular barədə müzakirələr aparılmışdır.

Back To Top