skip to Main Content

Türk Ticarət və Sənaye Palataları Birliyinin növbədənkənar iclası keçirilib

Türk Ticarət Və Sənaye Palataları Birliyinin Növbədənkənar Iclası Keçirilib

İyulun 3-də Daşkənd şəhərində Türk Ticarət və Sənaye Palataları Birliyinin və Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə növbədənkənar iclas keçirilib. İclas, “Yeni Özbəkistan: biznes və investisiya üçün yeni perspektivlər” mövzusuna həsr olunub.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak edib.
Tədbirdə Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömər Kocaman, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının Rəyasət Heyətinin sədri, Gənclər Siyasəti və İdman naziri Adham İkramov, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, Qırğız Ticarət və Sənaye Palatasının prezidenti Temir Sariev, Türkmənistanın Ticarət və Sənaye Palatasının şöbə müdiri Kamal Vəliyev və Kipr Türk Respublikasının Ticarət və Sənaye Palatasının sədri Turqay Deniz çıxış edib.

M.Musayev çıxışında Rıfat Hisarcıklıoğlunu yenidən TOBB prezidenti seçilməsi münasibətilə təbrik edib. O, Özbəkistanın istər Azərbaycan, istərsə də Türk dünyası üçün əhəmiyyəti və ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın hazırki vəziyyəti, mövcud imkanlar barədə danışıb.

Eyni zamanda, Konfederasiya rəhbəri ASK ilə Özbəkistan Ticarət və Sənaye Palatası arasında yüksək əlaqələrin olduğunu böyük məmnunluqla vurğulayıb. O, hər iki qurum arasında təsis edilən Azərbaycan-Özbəkistan İşgüzar Şurasının fəaliyyətindən bəhs edərək, sahibkarlara dəstəyin göstərilməsi, ölkələrimiz arasında investisiya qoyuluşunun artırılması məqsədilə atılan addımları qeyd edib.

M.Musayev ölkəmizdə iqtisadi sahədə aparılan struktur islahatlar, investisiya mühiti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı mövcud iqtisadi potensial haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Odalar və Borsalar Birliyi nəzdində Türkiyə İqtisadiyyat və Texnologiya Universitetinin Daşkənd filialı olan “TOBB ETÜ TASHKENT” Universitetinə səfər etmiş, Universitenin fəaliyyəti, mövcud elmi-innovativ potensialı ilə tanış olublar.

Back To Top