skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

ASK-da Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib

May 7, 2018 / 8:00 səhər - 5:00 axşam UTC+4

Azərbaycan Sahibkarlar Konfederasiyasında ümummillilider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib

Tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı ömür yolu, vətəni və xalqı qarşısındakı böyük tarixi xidmətlərindən söhbət açılıb. Bildirilib ki, ulu öndərin rəhbərliyi dövründə bütün daxili və xarici təzyiqlərə baxmayaraq, ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artmış, ölkə iqtisadiyyatı inkişaf dövrünə qədəm qoymuşdur. Azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir.

Daha sonra çıxış edən Bəxtiyar Ağayev çıxışını Heydər Əliyevin həyatının ən vacib tarixi məqamları üzərində qurdu və onun siyasi xadim kimi çətinlikləri necə dəf etdiyini, ən doğru seçimləri ilə ölkəmizin suveren və müstəqil olmasına xidmət etdiyini vurğuladı.

ASK-nın baş məsləhətçisi Məhəmmədəli Əfəndiyevisə milli liderin həyatının Azərbaycanın gəncliyinə bir örnək olduğunu qeyd edərək ulu öndərlə bağlı xatirələrini bölüşdü: “Bizim üçün bu zəngin irs bir nümunədir və o dönəmdəki tarixi şərtlərin çətin olmasına baxmayaraq, Azərbaycanın keçdiyi siyasi və iqtisadi yol çox uğurludur”.

ASK-nın baş katibinin müavini Fuad Hümbətov Heydər Əliyevin xarici siyasət kursu haqqında çıxış edib. Bildirib ki, Azərbaycanın xarici siyasəti XXI əsrə qlobal miqyasda baş verən geosiyasi proseslərə, regional vəziyyətə və dünyanın enerji təhlükəsizliyi sisteminin qurulması dinamikasına çevik reaksiya verən sistem kimi daxil oldu. Bu sistem daim özünü yeniləşdirir, meydana çıxan gözlənilməz situasiyalara konstruktiv reaksiya verir. Azərbaycanın xarici siyasəti müasir dövr üçün xarakterik olan risk və böhranları nəzərə alan mexanizmlər formalaşdırır. Həmin mexanizmlər böhranlı situasiyalarda müxtəlif variantlardan ölkənin maraqlarına cavab verən daha səmərəli olanı seçməyə əsaslanır. O qeyd edib ki, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaq, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri idi. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşdı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artdı.

 

Details

Tarix:
May 7, 2018
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top