skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Özbəkistanın Nəvoi vilayətində keçiriləcək Beynəlxalq Biznes Forum

May 10, 2018 / 8:00 səhər - May 12, 2018 / 5:00 axşam UTC+4

Azərbaycanlı iş adamlarının Özbəkistan Respublikasında aktiv surətdə həyata keçirilən sosial-iqtisadi islahatlara, əlverişli biznes mühitə marağını nəzərə alaraq, ASK-nın təşkilatçılığı ilə sahibkarların may ayının 10-12-də qardaş ölkəyə biznes missiyası təşkil edilir. Səfər çərçivəsində iştirakçıların ölkənin Ticarət və Sənaye Palatası, müxtəlif dövlət qurumlarında görüşləri, müvafiq biznes imkanlar ilə tanışlıqla yanaşı, may ayının 11-12-də Özbəkistanın Nəvoi vilayətində keçiriləcək Beynəlxalq Biznes Forumda iştirakı təmin ediləcəkdir. Bu forum zamanı adı çəkilən bölgədə Azad İqtisadi Zonanın təqdim etdiyi imkanlarla tanış olunacaq, tikinti, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı, turizm və digər sahələrdə xarici investiyanın bölgəyə cəlb edilməsi üçün nəzərdə tutulan güzəştlər haqqında məlumat veriləcək, B2B görüşlər təşkil ediləcəkdir. Bundan əlavə, səfər çərçivəsində mədəni proqram, tarixi abidələrin ziyarəti və s. təşkil ediləcəkdir. (səfərin ilkin gündəliyi əlavə edilir).

Qeyd olunan biznes səfər zamanı forumda 15 nəfərədək iştirakçının müəyyən xərclər, o cümlədən qarşılanma, daxili transfer, otel xərcləri (3 günlük), qida xərcləri (avia biletlər xaric) Özbəkistandakı ASK tərəfdaşları tərəfindən qarşılanacaqdır. Səfərdə iştirak xərcləri ASK üzvləri üçün 100 AZN, üzv olmayan qurumlar üçün 300 AZN müəyyənləşdirilmişdir. Məlumat üçün qeyd edək ki, Daşkənd şəhərinə birbaşa təyyarə uçuşları Özbəkistan Hava Yolları tərəfindən həftənin I və IV günləri həyata keçirilir. Buna görə də, səfər mayın 10-14 kimi planlaşdırıla bilər.

Əlaqələndirici şəxs – ASK Baş katibinin müavini Fuad Hümbətov (Mob – 050 270 43 73)

 

Details

Start:
May 10, 2018 / 8:00 səhər
End:
May 12, 2018 / 5:00 axşam
Tədbir Category:
Back To Top