skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“4-cü Qlobal Xidmətlər Sərgisi” keçiriləcəkdir

May 15, 2018 / 8:00 səhər - May 18, 2018 / 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

Məlumat üçün bildiririk ki, 15-18 may 2018-ci il tarixlərində Hindistan Höküməti Ticarət və Sənaye Nazirliyinin Ticarət İdarəsi, Xidmətlərin İxracının Təşviqi Şurası və Hindistan Sənaye Konfederasiyasının təşkilatçılığı ilə Hindistanın Mumbay şəhərində “4-cü Qlobal Xidmətlər Sərgisi” keçiriləcəkdir.

Sərgi 22 xidmət sahəsi, o cümlədən İT və telekommunikasiya, bankçılıq və maliyyə xidmətləri, audio vizual xidmətlər, ekoloji xidmətlər, distribusiya xidmətləri, səhiyyə, turizm və digər xidmətlər üzrə əməkdaşlığa yönələcəkdir.

Qeyd edək ki, sərgidə iştirak edəcək 4 nəfər sahibkarın beynəlxalq nəqliyyat və mehmanxana xərcləri təşkilatçılar tərəfindən qarşılanacaqdır.

Sizi sözügedən sərgidə iştiraka dəvət edirik.

Sərgi haqda ətraflı məlumatı www.gesindia.in web səhifəsindən əldə edə bilərsiniz.

Əlaqələndirici şəxs: Nurlana Həsənova

Tel: 012 465 72 42 (daxili:112)

E-mail: nhasanova@ask.org.az

 

Details

Start:
May 15, 2018 / 8:00 səhər
End:
May 18, 2018 / 5:00 axşam
Tədbir Category:
Back To Top