- This event has passed.
ASK-nın nümayəndə heyəti Sənayeçilərin və Sahibkarların Ukrayna İttifaqının qurultayında iştirak edib
Noyabr 15, 2017 / 8:00 səhər - 5:00 axşam UTC+4
10 noyabr 2017-ci ildə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində Sənayeçilərin və Sahibkarların Ukrayna İttifaqının növbədənkənar 15-ci qurultayı keçirilmişdir.
Qurultayda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi və iştirakı ilə baş məsləhətçisi Məhəmmədəli Əfəndiyev və ASK-nın Ukraynadakı nümayəndəsi Əli Əliyevdən ibarət nümayəndə heyəti iştirak ediblər.
Qurultayda ölkədə baş verən sosial iqtisadi vəziyyətin təhlili həyata keçirilmiş, sənaye potensialı, investisiya imkanları, sahibkarların hüquq və maraqlarının müdafiəsi məsələləri muzakirə edilmişdir.
Qurultayda 2017-2018-ci illər ərzində Ukrayna Respublikasında anti-böhran proqramının həyata keçirilməsi ilə bağlı məsələlər təhlil edilib.
Qeyd edək ki, tədbirdə müxtəlif ölkələrdən rəsmi şəxlərlə yanaşı, özəl sektorun təmsilçiləri də iştirak ediblər.