skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum

Noyabr 10, 2017 / 9:00 səhər - Noyabr 18, 2017 / 5:00 axşam UTC+4

Hörmətli Sahibkarlar!

“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. sahələrdə bir sıra işlər görülmüşdür.

Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə 18 noyabr 2017-ci il tarixində saat 09:00-da Ağstafa rayon Mədəniyyət Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu”mövzusunda regional forum keçiriləcəkdir.

Tədbirə Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından bir sıra sahibkarlar və fermerlər dəvət olunmuşdur. Forumda Dövlət Proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərdən regionlara keçirilməsi, sahibkarlığın inkişafında yeni mərhələ və s. məsələlər müzakirə olunacaqdır.

Sizi sözügedən forumda iştirak etməyə dəvət edirik.

Əlaqələndirici  şəxs: Əbil Paşayev

 Tel:      (012) 465 72 42/43

Mob:    (050) 632 24 28

E-mail: apashayev@ask.org.az

 

Details

Start:
Noyabr 10, 2017 / 9:00 səhər
End:
Noyabr 18, 2017 / 5:00 axşam
Tədbir Category:
Back To Top