skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Peşə təhsili özəl sektorun inkişafına təkan verəcək

Mart 15, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

10-11 mart 2016-c il tarixlərində Qəbələ şəhərində Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcəyi dəstək layihəsi çərçivəsində geniş seminar keçirilib. Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi, Almaniyada fəaliyyət göstərən biznes sektorunun inkişafında böyük təcrübəyə  malik olan “SEQUA” təşkilatına nəzarəti “Buldunsverq” institunun vasitəçiliyi ilə keçirilən bu layihədə ölkəmizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası təmsil etmişdir.

ASK-nın təşkilatçılığı ilə işgüzar şəraitdə keçən seminarda Azərbaycan Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman , İqtisadiyyat Nazirliklərinin, SOCAR-ın Azərsun Holdinqin, peşə təhsili müəssisələrinin, orta və kiçik sahibkarların və mətbuat nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə ASK-nın vitse prezidenti Vüqar Zeynalov açaraq bu layihənin Azərbaycan peşə təhsilinin inkişafında  əhəmiyyətli rol oynaya biləcəyi haqqında ətraflı məlumat verdi. Bildirdi ki,  üç il ərzində həyata keçirilməsi nəzərdə tutlan “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcəyi dəstək” layihəsinin  eksperti Alman işadamı Dirk Rönnenki qarşıya qoyulan məqsədlər, onların həyata keçirilmə mexanizmlərindən söhbət açdı.Almaniya Federativ Respublikasının təcrübəsi haqqında müfəssəl məlumat verdi.

Daha sonra keçirilən sual cavab müzakirələrində fəal iştirak edən müvafiq təşkilat nümayəndələri layihənin səmərəli fəaliyyəti üçün öz təkliflərini verdilər.

 

 

Details

Tarix:
Mart 15, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top