Elan
Elan. |
Tarix: 20.09.2014
Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində müxtəlif ölkələrin sahibkarlarının daxil olduğu beynəlxalq qrupların tərkibində sahibkarların və menecerlərin Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kurslarında iştirakı məqsədilə MÜSABİQƏ ELAN EDİR Proqramın məqsədi Azərbaycandan olan şirkət nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkar və mədəni dünyagörüşün genişlənməsinə şərait yaratmaqdır.
İxtisasartırma kurslarının aşağıdakı sahələrdə və müddətlərdə keçirilməsi nəzərdə tutulur:
Almaniyada keçiriləcək ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir: 2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq). Namizədlər aşağıdakı formaları (iki nüsxədən ibarət) tələb olunan qaydada doldurmalı və qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:
Formaları Bakı Biznes Tədris Mərkəzinin saytından əldə etmək mümkündür:www.bbtc.gov.az Sənədlər 2014-cü il oktyabr ayının 28-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir: Bakı şəh., A.M.Şərifzadə küçəsi, 172, 4-cü mərtəbə, İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi, Tədrisin təşkili və metodikası şöbəsi. Əlaqələndirici şəxs: Məlahət Kazımova Tel: (012) 431-39-07, 430-93-22, E-mail: info@bbtc.gov.az İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi |