- This event has passed.
Dayanıqlı inkişafa dair Bakı forumu keçiriləcək
Oktyabr 25, 2018 / 2:30 axşam - Oktyabr 26, 2018 / 8:30 axşam UTC+4
Hörmətli sahibkarlar,
Cari ilin 25-26 oktyabr tarixlərində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda “Dayanıqlı inkişafa dair Bakı Forumu” keçiriləcəkdir.
Bakı Forumunda BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin milli səviyyədə icrasına cavabdeh olan Avropa və Asiya ölkələrinin yüksək səviyyəli nümayəndələrinin, BMT rəsmilərinin, beynəlxalq və yerli ekspertlərin, vətəndaş cəmiyyətinin, habelə dövlət və özəl sektoru təmsil edən səlahiyyətli nümayəndələrin iştirakı nəzərdə tutulmuşdur.
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Tədbirin proqramı ilə buradan tanış ola bilərsiniz.