skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

ASK-da “Sağlam və Təhlükəsiz Əməyin Təşkili” mövzusunda beynəlxalq təlim keçiriləcək

Oktyabr 30, 2018 - Noyabr 2, 2018

Hörmətli Sahibkarlar və SƏTƏM sahəsi üzrə mütəxəssislərin nəzərinə,

Sizi 30 oktyabr – 2 noyabr 2018-ci il tarixlərində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BƏT-in Beynəlxalq Təlim Mərkəzinin təşkilatçılığı ilə “Sağlam və Təhlükəsiz Əməyin Təşkili” adlı beynəlxalq təlimdə iştirak etməyə dəvət edirik. Beynəlxalq təlimin təlimçiləri BƏT-in Beynəlxalq Təlim Mərkəzinin xarici ekspertləridir. Təlim bütün gün davam etməklə, ingilis dilində baş tutacaqdır. İştirakçılar, sinxron tərcümə və təlim materialları ilə təmin ediləcəkdir. Qeydiyyatdan keçmək üçün aşağıda göstərilən linkdən istifadə etməyiniz xahiş olunur.

Qeydiyyat üçün müraciət linki

Qeydiyyat üçün son müraciət tarixi 21/10/2018-ci il.

Qeydiyyatdan müvəffəqiyyətlə keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

 

Əlaqələndirici şəxs:  Cavid Kərimov

Elektron ünvan: ckarimov@ask.org.az

Əlaqə telefonu: 994 12 465 72 43 (daxili 109)

Mobil: 994 55 230 86 22

Details

Start:
Oktyabr 30, 2018
End:
Noyabr 2, 2018
Tədbir Category:
Back To Top