- This event has passed.
Bakıda “Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfrans keçiriləcək
Noyabr 30, 2018 / 10:30 səhər - 1:00 axşam UTC+4
Hörmətli sahibkarlar!
“Astana” – Beynəlxalq Maliyyə Mərkəzinin təşkilatçılığı və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə 30 noyabr 2018-ci il tarixində, “Four Seasons Baku” otelində, saat 10:30-da “Biznesin maliyyələşdirilməsi və inkişafı üçün yeni imkanlar” mövzusunda konfrans keçiriləcəkdir.
Konfransda alternativ maliyyə imkanları, müasir birja alətləri kimi məsələlər müzakirə olunacaqdır.
İqtisadiyyatın real sektorunda fəaliyyət göstərən, aktivlərin idarə olunması ilə məşğul olan şirkət nümayəndələri və maliyyə bazarları üzrə ekspertləri sözügedən tədbirə dəvət edirik.
Konfransda iştirak edəcəyiniz təqdirdə ASK-ya məlumat verməyiniz xahiş olunur.
Əlaqələndirici şəxs: Nurlana Həsənova
Tel: 012 465 72 42 (daxili: 112)
E-mail: nhasanova@ask.org.az