skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Bakutel 2018” sərgisi keçiriləcək

Dekabr 4, 2018 - Dekabr 7, 2018

Hörmətli sahibkarlar,

Sizi “Yüksək Texnologiyalar Həftəsi”nə start verilərək 4-7 dekabr tarixlərində Bakı şəhərində keçiriləcək “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında iştirak etməyə dəvət edirik. Bu gün “Bakutel” sərgisi sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş yalnız bir sərgi deyil, burada müxtəlif İKT sahələrini təmsil edən mütəxəssis və peşəkarları toplanaraq, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan bütün fəaliyyət sahələri üçün geniş imkanlar və son inkişafları təklif edən və əhalinin həyat səviyyəsinin artırılması üçün unikal bir platformadır.

“Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Sərginin baş sponsoru qismində müntəzəm iştirakçısı olan Azercell Telecom çıxış.

Bu il sərgi dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar. “Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini nümayiş etdirəcək.

Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

“Bakutel” sərgisi hər kəsə ən yaxşı nailiyyətlər və texnologiyaların qəbul edilməsi, yeni tərəfdaşlar və investorların tapılması, eləcə də biznesin inkişafı üzrə səmərəli həll yollarını təqdim edəcək.

Details

Start:
Dekabr 4, 2018
End:
Dekabr 7, 2018
Tədbir Category:
Back To Top