- This event has passed.
“Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar keçiriləcək
May 7, 2019 / 10:00 səhər - 12:00 axşam UTC+4
Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356 – VQD nömrəli Qanunu ilə təsdiqlənmiş Vergi Məcəlləsindəki son dəyişikliklər qüvvəyə minmişdir. Sözügedən dəyişikliklərin izahı məqsədi ilə ilkin olaraq Vergilər Nazirliyi ilə birgə məlumatlandırıcı seminar təşkil olunmuşdur. Sahibkarlar tərəfindən bu mövzu yetərincə maraq kəsb etdiyini nəzərə alaraq, təşkil olunan təlimlərin ikinci etapına start verilir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Milli Mühasiblər Forumunun dəstəyi ilə 07.05.2019 tarixində saat 10:00 – 12:00-da “Vergi Qanunvericiliyinə edilmiş dəyişikliklərin praktiki tətbiqi” mövzusunda seminar təşkil olunur.
Bəhs olunacaq mövzular:
- Vergi məcəlləsinə daxil edilmiş yeni anlayışlar
- Artırılmış maliyyə sanksiyaları. Nağd pul vəsaitlərinin dövriyyəsi ilə bağlı gözlənilən tələblər
- Elektron qaimə fakturanın tətbiqi ilə bağlı praktiki çətinliklər
- Maliyyə məlumatlarının beynəlxalq mübadiləsini nəzərdə tutan sazişlərin tətbiqi ilə bağlı yeniliklər
- Neft-qaz və dövlət sektorunun müəyyən edilməsi ilə bağlı yeniliklər və praktiki çətinliklər
- Həyat yığım sığorta məhsulu üzrə vergidən azadolmanın tətbiqi və praktiki çətinliklər
- Gəlir vergisi ilə bağlı yeni azadolma və güzəştlər
- Borclanma ilə bağlı məhdudiyyətlər
- Transfer qiyməti ilə bağlı yeniliklər
- ƏDV-dən yeni azad olmalar
- Vergi inzibatçılığı və vergi nəzarəti sahəsində yeniliklər
Seminarda iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/FLH91r linkinə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir.
Kursun keçirilmə tarixi: 07.05.2019
Başlama saatı: 10:00 – 12:00
Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç. 90A, Bakı ş., AZ 1010, Landmark III
Son qeydiyyat tarixi: 03.05.2019 saat 16:00-a qədər
Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimdən bir gün əvvəl təqdim olunmalıdır!
Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:
«Turanbank» ASC Kodu: 507462 VÖEN: 1300016391 Müxbir hesab: AZ26NABZ01350100000000027944 SWIFT: TURAAZ22. |
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Hesab: AZ11TURA38090005629800100944 VÖEN: 1300024361 |
Əlaqələndirici şəxs: Elmira Balıyeva
Sahibkarlarla iş və kommunikasiya şöbəsi
Tel: +994 12 465 76 92 / 93 (Daxili: 121)
Email: ebaliyeva@ask.org.az