skip to Main Content

Jalə Hacıyeva

Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru, ASK-nın vitse-prezidenti

Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin (AMA) icraçı direktoru olaraq öz işini mikromaliyyə institutlarını qüvvətləndirərək və mikromaliyyə icması və onun müştərilərinin maraqları naminə effektiv birgə fəaliyyətin genişləndirməsinə həsr etmişdir. Jalə Hacıyeva layihələrin planlaşdırılması, şəbəkə inkişafı, layihənin həyata keçirilməsi sahələrində və 1999-cu ildən isə mikromaliyyə sahəsində işləmişdir. O, mikromaliyyə sektorunda statistik hesabatın müəllifi, mikromaliyyədə qabaqcıl təcrübələrin və yerli səviyyəli bazarda maliyyə şəffaflığını və ən yaxşı təcrübəni təşviq edən siyasi dialoqların və ölkə səviyyəli konfransların təşkilatçısıdır. O, mikromaliyyə təcrübəsini BMT İnkişaf Proqramı və Beynəlxalq Miqrasiya Təşkilatından əldə etmişdir. Jalə Hacıyeva “Mix-Market”də 2004-cü ildə nəşr olunan Azərbaycanda Trendlər üzrə Müqayisəli Təhlil Hesabatının müəllifidir. Şəbəkənin dayanıqlı inkişafında göstərdiyi xidmətə və əhəmiyyətli yardımına görə Jalə Hacıyeva iki beynəlxalq və bir milli mükafat əldə etmişdir. 2008-ci ilin may ayından etibarən MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Mikromaliyyə Mərkəzinin Şura üzvüdür.

 

Back To Top