skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Bakıda “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək

Mart 13, 2018 / 11:30 səhər - Mart 16, 2018 / 5:00 axşam UTC+4

Məlumat üçün bildiririk ki, 13-16 mart 2018-ci il tarixlərində Bakı şəhərində “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcəkdir.

13 mart saat 11:30-da Amay Ticarət Mərkəzində sərgi açılışının, saat 12:30-da isə Amay Ticarət Mərkəzi VIP Lounge-da Hindistan şirkətləri ilə Azərbaycan sahibkarları arasında B2B görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Sərgidə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped istehsalçıları və digər müxtəlif sektorları təmsil edən şirkətlərin məhsulları nümayiş olunacaqdır.

Sizi sözügedən sərgidə iştiraka dəvət edirik.

Tədbirdə iştirak edəcəyiniz təqdirdə Azərbaycan Sahibkarlar Konfederasiyasına məlumat verməniz xahiş olunur.

 

Əlaqələndirici şəxs: Nurlana Həsənova

Tel: 012 465 72 42/43 (daxili: 112)

E-mail: nhasanova@ask.org.az

 

 

Details

Start:
Mart 13, 2018 / 11:30 səhər
End:
Mart 16, 2018 / 5:00 axşam
Tədbir Category:
Back To Top