skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

5-ci SVUM 2018 Beynəlxalq Ticarət Sərgiləri

Fevral 11, 2018 / 8:00 səhər - Fevral 15, 2018 / 5:00 axşam UTC+4

Hörmətli sahibkarlar!

Məlumat üçün bildiririk ki, 11-15 dekabr 2017-ci il tarixlərində Hindistanın Əhmədabad şəhərində 4-cü SVUM 2017 və 11-15 fevral 2018-ci il  tarixlərində Hindistanın Rajkot şəhərində5-ci SVUM 2018 Beynəlxalq Ticarət Sərgiləri keçiriləcəkdir.

Qeyd olunan sərgilər – hökumət, sənaye, investor, istehlakçı və beynəlxalq alıcılara beynəlxalq biznes imkanlarını araşdırmaq üçün vahid bir məkanda toplaşmağa fürsət yaradacaq və  bütün maraqlı tərəflərin biznesinin inkişafına xidmət edəcəkdir. Sərgi müddətində iştirakçılar regionun istehsalçıları ilə B2B görüşlər keçirmək və sərgidə iştirak edən hindistanlı sahibkarların fabriklərinə ziyarət etmək imkanı əldə edəcəklər.

Sərgidə iştirak edəcək sektorlar: Kənd təsərrüfatı, Bərpa olunan enerji, Mədənçilik, Tekstil, Səhiyyə, İnşaat, Zinət əşyaları, Qida emalı, Təhsil, Xidmət, Turizm.

Sizi sözügedən sərgidə iştiraka dəvət edirik.

Sərgidə iştirak edəcəyiniz təqdirdə,  qeydiyyat formasını doldurub 10 noyabr 2017-ci il tarixinə qədər ASK-na göndərməyiniz mütləqdir.( Azərbaycan Sahibkarlar Konfederasiyasına  müraciət etməklə qeydiyyat formasını əldə bilərsiniz.)

Qeyd edək ki, hava limanından otelə və geriyə transfer, səfər müddətində daxili nəqliyyat, oteldə qonaqlama sərgi təşkilatçıları tərəfindən qarşılanacaqdır.

Ətraflı məlumatı www.svumshow.com səhifəsindən əldə edə bilərsiniz.

 

Əlaqələndirici şəxs: Nurlana Həsənova

Tel: 012 465 72 42/43

E-mail: nhasanova@ask.org.az

 

 

Details

Start:
Fevral 11, 2018 / 8:00 səhər
End:
Fevral 15, 2018 / 5:00 axşam
Tədbir Category:
Back To Top