skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

9-сu Beynəlxalq “Caspian Energy Forum Baku 2019” keçiriləcək

Sentyabr 19, 2019

Sizi, Azərbaycan Respublikasının Hökuməti və Caspian European Club-ın dəstəyi ilə 19 sentyabr 2019-cu il tarixində Baku Boulevard Hotelinin Tağıyev zalında keçiriləcək 9-сu Beynəlxalq “Caspian Energy Forum Baku 2019” tədbirinə dəvət etməkdən məmnunluq duyuruq. “Caspian Energy Forum Baku – 2019” tədbirində Azərbaycan Respublikası dövlət qurumlarının, nazirliklərin və dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, o cümlədən Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri də daxil olmaqla, 1500-dən artıq deleqat iştirak edəcək. Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı işləmək və iştirakçılarla ünsiyyət üçün əlavə imkanlar nəzərdə tutulmuşdur. Forumda iştirak etmək istəyən ASK üzvləri üçün eksklüziv endirim (ƏDV daxil olmaqla ümumi bilet qiymətinin 15%-ı) təklif olunur. Qeydiyyat və əlavə suallar ilə bağlı xanım Günay Sadıqova ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqələndirici şəxs:
Günay Sadıqova
+99412 4470236/38 (daxili 104)
+99450 8888020
pr@caspianenergy.net

Details

Tarix:
Sentyabr 19, 2019
Tədbir Category:
Back To Top