- This event has passed.
ADRA-nın elektron “İcazələr” sisteminin tətbiqi
Avqust 25, 2020 / 4:00 axşam - 5:00 axşam UTC+4
Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə fərqli sahələri əhatə etməklə müxtəlif mövzularda məlumatlandırıcı seminarların təşkilinə davam edir.
Sahibkar və vətəndaş məmnunluğunu təmin etmək, onlarla münasibətlərdə peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə reklamçılıq fəaliyyətinin tənzimlənməsi, reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad olunması, reklam daşıyıcılarının qeydiyyatı məsələlərin aktuallığını nəzərə alaraq 25 avqust 2020-ci il tarixində saat 16:00-da Azərbaycan Dövlət Reklam Agentliyi ilə birgə canlı yayım təşkil olunacaqdır.
Seminarın mövzusu: “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin elektron “İcazələr” sisteminin tətbiqi”.
Seminarın moderatoru: Strateji Planlaşdırma üzrə sektor müdiri Elçin Nəsrüllayev
Canlı yayımda aşağıdakı məsələlərə toxunulacaq:
• ölkənin reklam ekosisteminin inkişafı;
• sahibkar məmnuniyyəti;
• şəffaflıq, məsuliyyət və nəzakətlilik prinsipləri.
Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsini izləməyə dəvət edirik: facebook.com/sahibkarlar
#ask #sahibkarlar #biznesedestek