skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Covid-19 Böhranında İdarəetmə və KOB-lar üçün Fövqəladə Planlaşdırma

Yanvar 26, 2021 / 2:00 axşam - 4:00 axşam UTC+4

Hörmətli Sahibkar!

Azərbaycan Sahibkarlar Konfederasiyası 2021-ci il üzrə təlim planına əsasən, ənənəvi məlumatlandırıcı seminarlara davam edir. Belə ki, Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu (BƏƏKF) ilə əməkdaşlıq çərçivəsində ZOOM platforması üzərindən ASK üzvləri üçün Azərbaycan bazarına uyğunlaşdırılmış “Covid-19 Böhranında İdarəetmə və KOB-lar üçün Fövqəladə Planlaşdırma” mövzusunda vebinar təşkil olunacaqdır.

Vebinar aşağıdakı alt-mövzuları əhatə edəcəkdir:

  1. Pandemiyanın təsiri: İqtisadi problemlər, Covid-19 təsiri, Məqsədlər.
  2. KOB-lar üçün təlimat: KOB-ların likvidliyi, Gəlir & Xərclər, Təchizatçıların idarəedilməsi, İşçilər, Kirayə & Aktivlər, Kommunal xidmətlər & Nəqliyyat, Debitor borcları, Kreditlər, İcarə & Vergilər, Sığorta & Autsorsinq, Töhvə & Fayda, Xülasə.
  3. Fürsətlər, İmkanlar & Ən yaxşı təcrübə: Müştəri & Rəqiblərlə münasibətlər, Banklarla münasibətlər, Dəyişən biznes modeli: onlayn satış, Yeni satış kanallarının inkişafı, Ən yaxşı təcrübə seçimləri

Vebinarın tarixi: 26 yanvar 2021, saat 14:00 – 16:00 (Sual-cavab sessiyası da daxil olmaqla)

Seminarda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqələndirici şəxsə aşağıdakı məlumatları göndərməyiniz xahiş olunur:

  1. təmsil edilən qurum
  2. icra edilən vəzifə
  3. e-mail ünvanı
  4. telefon nömrəsi

Seminarda iştirak etmək üçün gərəkli zoom link ancaq qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

Əlaqələndirici şəxs:

Elmira Balıyeva

Baş mütəxəssis

E-mail: ebaliyeva@ask.org.az

Tel: +994 12 465 76 92 / daxili 119

Details

Tarix:
Yanvar 26, 2021
Time:
2:00 axşam - 4:00 axşam
Tədbir Category:
Back To Top