skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

Texniki reqlamentlər, məcburi standartlar və sertifikatların alınması qaydası

Fevral 2, 2021 / 4:00 axşam - 5:00 axşam UTC+4

Hörmətli Sahibkar!
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə fərqli sahələri əhatə etməklə müxtəlif mövzularda məlumatlandırıcı seminarların təşkilinə davam edir.
Sahibkar və vətəndaş məmnunluğunu təmin etmək, onlarla münasibətlərdə peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə yaxın günlərdə tətbiqinə və nəzarətinə başlanılacaq texniki tənzimləmə haqqında qanun, məcburi standartlar və standartlaşdırma, məcburi və könüllü sertifikatlaşdırma, akkreditasiya və digər uyğunluğun qiymətləndirilməsi üzrə məsələlərin əhəmiyyətini nəzərə alaraq 02 fevral 2021-ci il tarixində saat 16:00-da Keyfiyyət Assosiasiyası ilə birgə Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook səhifəsi üzərindən canlı yayım təşkil olunacaqdır.
Vebinarın mövzusu: “Texniki reqlamentlər, məcburi standartlar və sertifikatların alınması qaydası”
Moderator: Samir Novruzlu, Keyfiyyət Assosiasiyası İB-nin sədri
Canlı yayımda aşağıdakı məsələlərə toxunulacaq:
• Standartlaşdırma haqqında qanun, məcburi və könüllü standartlar, onların hazırlanması və bu prosesdə iştirak, beynəlxalq standartlar;
• Texniki tənzimləmə haqqında qanun və texniki reqlamentlər;
• Akkreditasiya prosesi və uyğunluğun qiymətləndirilməsi prosesi. Məcburi və könüllü sertifikatlaşdırma.
Canlı yayımda iştirak etmək üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının facebook (https://facebook.com/sahibkarlar) səhifəsini izləməyinizi xahiş edirik.

Details

Tarix:
Fevral 2, 2021
Time:
4:00 axşam - 5:00 axşam
Tədbir Category:
Back To Top