- This event has passed.
ASK-da “Sahibkarlıq fəaliyyətində İcbari sığortalar” mövzusunda təlim keçiriləcək
Dekabr 6, 2018 / 10:00 səhər - Dekabr 7, 2018 / 12:00 axşam UTC+4
Dəyərli sahibkarlar!
Sizi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi və ATƏŞGAH SIĞORTA şirkətinin təşəbbüsü ilə 06 – 07.12.2018 tarixlərində sahibkarların maarifləndirilməsi məqsədi ilə “Sahibkarlıq fəaliyyətində İcbari sığortalar” mövzusunda planlaşdırılan təlimdə iştirak etməyə dəvət edirik.
Müəssisələrin öz işçilərini icbari qaydada sığortalaması böyük əhəmiyyət daşıdığı bir zamanda sahibkarların icbari sığortalar haqda məlumatlılığının artırılması və uğurlu fəaliyyət üçün sığortanın faydaları, iqtisadi biznes mühitin ayrılmaz atributlarındandır. Təlimdə bəhs olunacaq mövzular haqqında tam məlumat ilə əlavə olaraq göndərilən proqramda tanış ola bilərsiniz.
Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/AK7K8z linkində qeydiyyatdan keçmək mütləqdir.
Kursun keçirilmə tarixi: 06 – 07.12.2018
Başlama saatı: 10:00 – 12:00
Təlimin keçirildiyi ünvan: Bakı ş, Akad. Həsən Əliyev küç., 57, 3-cü mərtəbə (ASK-nın ofisi)
Son qeydiyyat tarixi: 05.12.2018, saat 16:00-a qədər
Tam proqram üzrə təlimi bitirmiş iştirakçılara sertifikat təqdim olunacaq.
Təlimin proqramı ilə buradan tanış ola bilərsiniz.
Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün isə 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimin ilk günü təqdim olunmalıdır!
Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:
«Turanbank» ASC Kodu: 507462 VÖEN: 1300016391 Müxbir hesab: AZ26NABZ01350100000000027944 SWIFT: TURAAZ22. |
“ASK Biznes Konsaltinq” MMC Hesab: AZ57TURA40060013072400100944 VÖEN: 1502413761
|
Əlaqələndirici şəxs: Elmira Balıyeva
Tel: (994 12) 465 72 42
E-mail: ebaliyeva@ask.org.az