skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

ASK nümayəndələri Qırğızıstanda Türk Şurası Biznes Forumunda təmsil olunublar

May 3, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

“Türk Şurasının 4-cü Biznes Forumu və İclası” 28 Aprel 2016-cı il  tarixində Bişkekdə keçirilmişdir. Foruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən mədənçilik, enerji, turizm, kənd təsərrüfatı, ərzaq emalı və yüngül sənaye sektorlarını təmsil edən təxminən 100 iş adamı iştirak etmişdir. Azərbaycan nümayəndə heyətindən  Biznes Forumda 7 sahibkar və  Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və dövlət orqanları və sahibkarlarla iş şöbəsinin baş mütəxəssisi Rauf Əliyev iştirak etmişdir.

Forumun açılış çıxışları Qırğız Respublikası İqtisadiyyat nazirinin müavini Almaz Sazbakov, Qırğız Respublikası Ticarət və Sənaye Palatasının sədri Marat Sharshekeev, Türk Şurası baş katibinin müavini Dr. Ömər Kocaman, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Qazaxıstan Respublikası Bişkek səfirliyinin birinci katibi Nurlan Eshkeev və Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) vitse-prezidenti Cengiz Günay tərəfindən edilmişdir.

Açılış sessiyasından sonra üzv ölkələrin nümayəndələri tərəfindən öz ölkələrinin xarici investisiya mühiti və bu sahədəki inkişaf haqqında təqdimatlar edilmişdir. Azərbaycan Sahibkarlar Konfederasiyasının dövlət orqanları və sahibkarlarla iş şöbəsinin baş mütəxəssisi Rauf Əliyev “Azərbaycanda biznes və investisiya imkanları” haqqında üzv ölkələrin iştirakçılarına geniş məlumat vermişdir. Daha sonra şirkətlər arası danışıqlar aparılmışdır.

Açılış Sesiyasından dərhal sonra Türk Şurasının 4-cü iclası keçirilmişdir. Qırğız Respublikası Ticarət və Sənaye Palatası sədri Marat Şarşekeev, Türk Keneş baş katibinin müavini Dr. Ömər Kocaman, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası vitse-prezidenti Vüqar Zeynalov, Qazaxıstan Respublikası səfirliyinin birinci katibi Nurlan Eshkeev və Türkiyə Odalar və Birjalar Birliyinin vitse-prezidenti Cengiz Günay iclasda iştirak etmişlər.

İclasda özəl sektorun inkişafı üçün üzv ölkələrin milli palataları üçün tövsiyə edilən  məcburi üzvlüklə bağlı inkişaf proqramlarını, hər bir üzv dövlətlərdə sahibkarlar üçün dəyirmi masaların təşkili, investorların üzləşdiyi ümumi çətinliklər , “Sahibkarlıq üçün İKT” mövzusunda təlim seminarın Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) tərəfindən təşkili, “Türk Biznes Portal” web portalının təbliği , xüsusi institutların iştirakı ilə  inkişaf bacarıqları və peşə təhsili / təlimi üçün potensial proqramların təşkili, 2016-cı ilin  may ayında türkdilli sahibkarlar üçün tədbir keçirilməsi, Türk Şurasının növbəti biznes forum və  iclasının keçiriləcəyi yerin və tarixin təyin olunması və digər təkliflər müzakirə edilmişdir. Gələn il  tədbirin Qazaxıstanda keçirilməsi qərara alınmışdır.

Forumu çərçivəsində iştirakçı işadamlarından ibarət bir heyət Bişkekdəki Azad İqtisadi Zonanı (Free Economic Zone) ziyarət edərək  oradakı vəziyyətlə  tanış olmuşlar. Türk Şurasının baş katibinin müavini cənab Dr. Ömər Kocaman ilə Layihə direktorları Zamin Əliyev və Mehmet Şefik Yurtçiçek’in də iştirak etdiyi ziyarətdə Qırğız nümayəndələri  350 yerli və xarici firmanın fəaliyyət göstərdiyi bölgənin fəaliyyəti, investisiya imkanları və ərazidəki tətbiq olunan layihələr haqqında iş adamlarına məlumat vermişlər.

 

Details

Tarix:
May 3, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top